Azərbaycan qaz ixracına strateji yanaşmasını açıqlayıb
Azərbaycanın qaz ixracı həcmlərinin artırılmasının əsas məqsədi kommersiya baxımından faydalı nəticələr əldə etməkdir.
Bunu “Report”u Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinə açıqlamasında iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, qaz ixracının həcminin artırılması və ya sabit saxlanılması özü-özlüyündə məqsəd deyil:
“Əsas məqsəd odur ki, Azərbaycan öz üzərinə götürdüyü müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirsin. Bu, ölkəmizin beynəlxalq nüfuzuna xidmət etməli və eyni zamanda kommersiya nöqteyi-nəzərindən səmərəli olmalıdır. Yəni burada əsas qiymətləndirmə meyarı rəqəmlər deyil, bu kimi faktorların və nəticələrin birgə sintezidir”.
Nazir əlavə edib ki, qaz bazarında vəziyyət daim dəyişkən xarakter daşıyır və bu dinamika planlaşdırmanı da şərtləndirir.
“Bu səbəbdən məqsəd kimi sadəcə rəqəmləri deyil, yuxarıda sadalanan kriteriyaların ümumi balansını əsas götürməliyik”, - deyə M. Cabbarov vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 4 milyard 541 milyon 622,15 min ABŞ dolları dəyərində 12 milyard 364 milyon 984,82 min kubmetr həcmində təbii qaz ixrac edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 4,56 %, dəyəri isə 11,62 % çoxdur.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirilməyi planlaşdırır"
Mikayıl Cabbarov: "SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirilməsini planlaşdırır"
Rövşən İsmayılov: “Sabit tarifin tətbiqində məqsəd maliyyə yükünü artırmaq deyil”
Mikayıl Cabbarov: "Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur"
Nazir: "Suriyaya qaz ixracı Azərbaycanın Şərq və Cənubda da rəqabətqabiliyyətli enerji təchizatçısı rolunu təsdiqləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








