Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov: "Türkiyə-Suriya boru xətti Azərbaycanın qaz ixrac coğrafiyasının genişləndirilməsinə töhfələr verəcək"


Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı Azərbaycanın qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə töhfələr verəcək.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün ölkəmiz iqtisadi inkişaf yolunda daha bir mühüm mərhələyə daxil olur. Beynəlxalq tərəfdaşlarımız və həmkarlarımızın iştirakı ilə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracını təmin edəcək Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan, Türkiyə və Suriyanın energetika sahəsində uğurlu əməkdaşlığını ifadə edən bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə yeni töhfələr verəcək", - nazir qeyd edib.

Oxşar xəbərlər

Mikayıl Cabbarov: Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur
Mikayıl Cabbarov: "Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur"
Alparslan Bayraktar: "Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq"
Alparslan Bayraktar: "Bu gün Kilisdə tarixi bir ana şahidlik edirik"
Nəcməddin Dönməz: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər