SOCAR-ın "Gənc İstedadlar Proqramı"nın iştirakçıları üçün təlimlər başlayıb
sizinxeber.az xəbər saytı

SOCAR-ın "Gənc İstedadlar Proqramı"nın iştirakçıları üçün təlimlər başlayıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılar üçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzularda interaktiv təlimlərə başlanılıb.

"Sizinxeber.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, proqram çərçivəsində peşəkar mütəxəssislər “Vaxtın idarə olunması”, “Emosional zəka”, “Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”, “Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktiv təlimlər keçirib. Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavə olaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdi və peşəkar inkişafını hədəfləyir.

Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrup fəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlar əldə edir, təcrübələrini daha da zənginləşdirir, əməkdaşlıq, liderlik, qərarvermə bacarıqlarını inkişaf etdirmək şansı əldə edirlər.

Bütün bunlar iştirakçıların korporativ mədəniyyətə inteqrasiyasını sürətləndirməyə xidmət edir.

Oxşar xəbərlər

Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı davam etdirilir
“Kapital Bank”ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Mərkəzin baş psixoloqu "Giltex" MMC əməkdaşları üçün təlimin əhəmiyyətindən danışıb
"Kapital Bank" tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
"AccessBank" və Xəzər Universitetindən birgə inkişaf təşəbbüsü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər