Tural Quliyev: “Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kVt/saata çatıb”
Son 30 ildə ilk dəfə olaraq Naxçıvan şəhərində sutkalıq enerji istehlakı 1 milyon kVt/saata çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru Tural Quliyev bildirib.
Onun sözlərinə görə, ümumilikdə Naxçıvan Muxtar Respublikası üzrə elektrik enerjisinə olan tələbat 121 meqavata qədər yüksəlib: “Bu vəziyyət fonunda bəzi vətəndaşların elektrik sayğaclarında ötən aylarla müqayisədə daha yüksək enerji sərfiyyatı qeydə alınıb. Bunun əsas səbəbi vətəndaşlara tətbiq olunan aylıq enerji limiti ilə bağlıdır”.
O bildirib ki, havaların isti keçməsi və kondisionerlərin, soyuducuların intensiv istifadəsi də istehlak limitlərinin aşılmasına səbəb olur: “Enerji sərfiyyatında artım süni şəkildə yaradılmır, bütün göstəricilər tam şəffaf və müasir sistemlər vasitəsilə qeydə alınır. Eyni zamanda, aid qurumlar tərəfindən enerji təchizatı sisteminin dayanıqlığı, alternativ enerji mənbələrinin genişləndirilməsi və qənaətcil yanaşma ilə bağlı mühüm işlər davam etdirilir. Təəsüflər olsun ki, bəzi şəxslər bu vəziyyəti düzgün qiymətləndirmədən, ya da məqsədli şəkildə ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Halbuki ki, muxtar respublikanın enerji təhlükəsizliyinin tam təmin olunması məqsədi ilə Naxçıvan energetikləri tərəfindən 24 saatlıq iş aparılır. Bu bizim işgüzar nüfuzumuza zərbə vurur".
Həmçinin T. Quliyev qeyd edib ki, vətəndaşlar enerji istehlakına diqqətli yanaşmalı, mümkün qədər qənaət etməli və hər ayın əvvəlində limit uyğunsuzluğu müşahidə olunarsa Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə müraciət etməlidirlər.
Xatırladaq ki, 29 dekabr 2024-cü il Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, aylıq istehlak həcmi 200 kVt/saata qədər olduqda 1 kVt/saat üçün 8,4 qəpik, 200-300 kVt/saat arası 1 kVt/saat üçün 10 qəpik, 300 kVt/saatdan yuxarı olduqda isə 1 kVt/saat üçün 15 qəpik müəyyənləşib.
Oxşar xəbərlər
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Latviyada 2050-ci ilə qədər enerji istehlakı strategiyası təsdiqlənib
Naxçıvanda ötən ay “yaşıl enerji”nin payı 53 % təşkil edib
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








