Sloveniya Azərbaycanla enerji əməkdaşlığının əsas istiqamətlərini açıqlayıb
Azərbaycan və Sloveniyanın Energetika nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumunun müddəaları enerji sahəsində əsasən beş mühüm istiqamət üzrə tərəfdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinə yönəlib.
Bu barədə “Sizinxeber.az”a Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, memorandumun əsas vəzifəsi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Sloveniyanın “Geoplin” şirkəti arasında təbii qazın fasiləsiz ticarətini təmin etmək və strateji tərəfdaşlığı formalaşdırmaq məqsədilə sıx əməkdaşlığı təşviq etməkdir.
Bundan başqa, sənəd enerji təhlükəsizliyinin gücləndirilməsini və Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsini ehtiva edir. Xüsusilə Cənub Qaz Dəhlizi təşəbbüsünün dəstəklənməsi və əlaqəli infrastruktur layihələrində iştirak nəzərdə tutulub.
Əməkdaşlığın prioritetlərindən biri bərpa olunan enerji mənbələrinin və hidrogen enerjisi də daxil olmaqla digər təmiz texnologiyaların inkişafı, həmçinin enerji sistemlərinin rəqəmsallaşdırılması sahəsində bilik və təcrübə mübadiləsinin dəstəklənməsidir.
Sonuncu istiqamət isə Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişinə uyğun olaraq iqlim öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı Aİ-nin enerji təşəbbüslərində iştirakdan ibarətdir.
Nazirlikdən qeyd ediblər ki, memorandum çərçivə xarakterlidir və müddəaların həyata keçirilməsi üçün konkret müddət və yol xəritəsi ehtiva etmir.
Xatırladaq ki, memorandum 2025-ci il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında imzalanıb.
Oxşar xəbərlər
Sloveniya Azərbaycanı qaz infrastrukturunun inkişafına cəlb etmək istəyir
Sloveniya Azərbaycandan qaz tədarükünün artırılmasına ümid edir - EKSKLÜZİV
SOCAR Sloveniyaya qaz təchizatına başlayıb
Azərbaycan Sloveniya ilə enerji sahəsində Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB
Sloveniya Azərbaycandan Avropaya "yaşıl enerji"nin ötürülməsi layihəsinə qoşulmağa hazırdır - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








