Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq


Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

“Sizinxeber.az”un Muğan bürosunun məlumatına görə, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, Zərbəli, saat 12:00-dan 16:00-dək Göytəpə şəhərinin bir hissəsi, Ağdaş, Axtaxana, Bəcirəvan, Darılıq, Fətullaqışlaq, Həziabad, Privolnoye, Soyuqbulaq, Şıxlar, saat 10:00-dan saat 12:00-dək Lənkəranın Gərmətük, Hirkan qəsəbələri, Darquba, Daşdalıqjar, Xanbulan, Kərgəlan, Kosalar, Qurumba, Lüvəsər, Rvo, Səbir, Siyablı, Siyavar, Şağlaküçə, Şovu, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq
Lənkəranın 14 kəndində işıq olmayacaq
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər