Azərbaycanda "yaşıl enerji" strategiyasının yeni mərhələsi müzakirə olunub
Azərbaycanda “yaşıl enerji” sahəsinin inkişafına dair 2027-2030-cu illəri əhatə edən yeni mərhələnin fəaliyyət istiqamətləri müzakirə olunub.
Bu barədə “Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir. Müzakirələr Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması çərçivəsində yaradılmış “Yaşıl enerji məkanı” Alt İşçi Qrupunun ilk iclasında aparılıb.
Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə enerji sahəsində aparılan islahatlara və "yaşıl enerji" gündəliyinin prioritet istiqamətlərinə toxunub. O, strategiyanın hazırlanmasında 2022-2026-cı illəri əhatə edən iqtisadi inkişaf strategiyasının icrasından əldə olunan təcrübənin və beynəlxalq trendlərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
İclasda mövcud strategiya çərçivəsində "yaşıl enerji" sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr təqdim olunub, 2027–2030-cu illər üçün yeni fəaliyyət istiqamətləri, ilkin tədbirlər və koordinasiya mexanizmləri müzakirə edilib.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” Alt İşçi Qrupu Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli sərəncamı əsasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq yaradılıb.
Oxşar xəbərlər
Gələn il Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun növbəti iclası keçiriləcək
Azərbaycanda “Yaşıl enerji məkanı” üzrə İşçi qrupunun növbəti iclası olub
İlham Əliyev: Azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı dayanıqlı enerji strategiyasının əsas istiqamətidir
Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








