ARDNF I yarımildə “Şahdəniz”in işlənməsindən gəlirlərini 73 %-dən çox artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 423,3 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə "Sizinxeber.az"a Fonddan məlumat verilib.
Bu, 2024-cü ilin birinci yarım ilinin göstəricisi ilə müqayisədə 179,2 milyon ABŞ dolları və ya 73,4 % çoxdur.
Qeyd edək ki, “Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
Oxşar xəbərlər
ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb
ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb
Neft Fondu “Şahdəniz”in işlənməsindən əldə etdiyi gəlirlərini açıqlayıb
ARDNF 11 ayda “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








