Energetika Nazirliyinə 6 ayda 4 600-dən çox müraciət daxil olub
Bu ilin birinci yarımilində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 4 642 vətəndaş müraciəti daxil olub.
“Report” nazirliyə istinadən xəbər verir ki, müraciətlərdən 759-u məlumat, 3 883-ü isə icra xarakterli olub. Bunlardan 3 591-i müvafiq qaydada icra edilib, 292 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 256 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Energetika Nazirliyinə I rübdə 2 mindən çox müraciət daxil olub
Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib
EMTA: İstehlakçıların müraciətlərinin əksəriyyəti elektrik enerjisi təchizatı ilə bağlı olub
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Azərbaycanda 6 ayda vergi orqanlarına 229 minə yaxın müraciət daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








