Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB


Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri ilə əlaqədar fasilə yaranmışdı.

Bununla əlaqədar Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranmışdı.

20.07.2025 saat 23-27

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Yeni Ramanada elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah Suraxanı və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Sabah Binəqədinin bir sıra qəsəbələrində elektrik enerjisi olmayacaq
Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər