Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Vyetnam üçillik Fəaliyyət Planını qəbul ediblər


Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir
KOBİA: Hanoydakı tədbirlər Azərbaycanla Vyetnam arasında yeni investisiya qoyuluşu imkanı yaradacaq
Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək
Hanoyda Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
AZPROMO: Azərbaycandan Vyetnama ixrac potensialı olan məhsullar müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər