BP Azərbaycanda iki yeni layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan SOCAR-KBR MMC Böyük Britaniya şirkəti BP ilə Azərbaycanda iki yeni layihə üzrə iki müqavilə imzalayıb.
Bu barədə "Report" KBR-in məlumatına istinadən xəbər verir.
“Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, - məlumatda deyilir.
Müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək.
“Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, - məlumatda qeyd olunub.
“KBR-nin layihələndirdiyi, Azərbaycan ilə Avropa arasında mühüm əlaqə həlqəsi - “Səngəçal” terminalı ölkəyə milli enerji şəbəkəsinə keçid etməyə və emissiyaları azaltmağa imkan verəcək. “Şahdəniz” yatağında kompressor stansiyası layihəsi təhlükəsiz və səmərəli həllərin təqdim edilməsində növbəti mərhələni təmsil edir”, - “KBR Sustainable Technology Solutions”ın prezidenti Cey İbrahim bildirib.
SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.
Oxşar xəbərlər
SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
SOCAR “Tamar” layihəsində iştirak payı alıb
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
"SOCAR-Uniper" noyabrda “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













