Sabirabadın 21 kəndində qaz kəsiləcək
sizinxeber.az xəbər saytı

Sabirabadın 21 kəndində qaz kəsiləcək


Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan PE “Nərimankənd-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) “Nərimankənd” QPS-dən qaz təchizatı dayandırılacaq.

Oxşar xəbərlər

Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq
Sabah Sabirabadın 7 kəndində qaz olmayacaq
Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
Qəbələnin bir neçə kəndində qaz kəsiləcək
Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər