Masallının 4 900 abonentinin qaz təchizatı dayandırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
iy
2025
19:00

Masallının 4 900 abonentinin qaz təchizatı dayandırılacaq

14 iy, 2025
19:00
570

Masallının 4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Sizinxeber.az” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bu, Masallı rayonu ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır.

"Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır", - “Azəriqaz" qeyd edir.

Bizimlə əlaqə saxlayın