İyulun 15-də Mingəçevirin 12 küçəsində qaz olmayacaq
İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qaz xəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaq ediləcək.
Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Oxşar xəbərlər
Sabah Hacıqabulda 3 min abonentin qaz təchizatı dayandırılacaq
Sabah Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakı, Göygöl rayonu və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
Astaranın 4 kəndində qaz olmayacaq
Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













