SOCAR: Rəqəmsal transformasiya üçün daxili proseslər uyğunlaşdırılmalıdır
sizinxeber.az xəbər saytı

SOCAR: Rəqəmsal transformasiya üçün daxili proseslər uyğunlaşdırılmalıdır


Rəqəmsal transformasiya üçün ilk növbədə daxili proseslər uyğunlaşdırılmalıdır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Əməliyyat Satınalması və Təchizat departamentinin rəis müavini Elçin Musayev Bakıda "Rəqəmsal Transformasiya prosesi ilə sektorlar üzrə çağırışlar, trendlər və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi üçün əvvəlcə şirkət daxilində proseslər rəqəmsal məhsulları dəstəkləyəcək şəkildə qurulmalıdır.

“Əgər bizim proseslərimiz, prosedurlarımız və siyasətlərimiz rəqəmsal məhsulları dəstəkləmirsə, istənilən transformasiya prosesinin gələcəyi sual altında qalacaq. Buna görə ilk növbədə prosedurlara, ümumi mühitə və həmin mühitdə çalışan, rəqəmsal məhsulları birbaşa tətbiq edən əməkdaşların düşüncə tərzinə fokuslanmağı tövsiyə edirəm,” – deyə o vurğulayıb.

E. Musayev əlavə edib ki, rəqəmsal transformasiyanın digər vacib şərtlərindən biri fasiləsiz təlimdir: “Biz əməkdaşlarımızı, o cümlədən rəhbər heyəti davamlı inkişaf etdirməliyik. Əgər təşkilat daxilində bilik paylaşımı proqramları üzərində işləməsək, əməkdaşlarımızı sənayenin və texnologiyanın inkişaf templərinə uyğun şəkildə təkmilləşdirməsək, gələcəkdə heç bir uğura nail ola bilməyəcəyik".

Oxşar xəbərlər

SOCAR "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək
Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"
BTİ: Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur
SOCAR Türkiyədəki layihələrində süni intellektdən istifadə etməyə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər