Azərbaycanda “yaşıl enerji” resurslarından istifadənin təşviqi müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda “yaşıl enerji” resurslarından istifadənin təşviqi müzakirə edilib


Azərbaycanın “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr aparılıb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, həmkarları ilə "Dayanıqlı inkişaf perspektivləri: iqtisadi və iqlim diplomatiyası, enerji təhlükəsizliyi və bağlantılar" mövzusunda keçirilən paneldə iştirak edib.

“Azərbaycanın beynəlxalq enerji, nəqliyyat və ticarət platformalarında strateji rolu, regional əməkdaşlığın şaxələndirilməsi, özəl sektorun xarici bazarlara çıxışının artırılması, “yaşıl enerji” resurslarından istifadənin təşviqi və iqlim fəaliyyətinin gücləndirilməsi barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Azərbaycanın "yaşıl enerji"də rolu beynəlxalq tədbirdə diqqətə çatdırılıb
Azərbaycan Moldova ilə "yaşıl enerji"nin ixracını müzakirə edib
Azərbaycanın "yaşıl enerji"də rolu beynəlxalq tədbirdə diqqətə çatdırılıb - YENİLƏNİB
Mikayıl Cabbarov: "Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi dəstəkləyir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər