Oğuzun iki kəndində qaz kəsiləcək
sizinxeber.az xəbər saytı

Oğuzun iki kəndində qaz kəsiləcək


İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Oxşar xəbərlər

Oğuzun bir neçə kəndində qaz kəsiləcək
Ağdaşın Dovudlu kəndində qaz kəsiləcək
Qəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək
Oğuzun 23 kəndinin qaz təchizatında fasilə yaranacaq
Neftçalanın Xolqarabucaq kəndində qaz kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər