OPEC-in səkkiz ölkəsi avqust üçün neft hasilatını müzakirə edəcək
OPEC-in səkkiz ölkəsi iyulun 5-də keçiriləcək onlayn formatda iclasda avqust üçün neft hasilatını müzakirə edəcək.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, görüş əvvəlcə iyulun 6-na təyin edilsə də, bir gün əvvəl təxirə salınıb.
Hasilat planına könüllü düzəlişlər etmək öhdəliyi götürən ölkələr arasında Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt də var. 2024-cü ilin əvvəlindən bu ölkələr könüllü olaraq hasilatı sutkada cəmi 2,2 milyon barel azaldıb.
2024-cü ilin aprelindən neft hasilatının azaldılmış həcmləri bazara qaytarılmağa başlanıb. Aprel ayında hasilat sutkada 138 min barel artırılıb və may, iyun və iyul aylarında hər ay sutkada 411 min barel artırmaq barədə razılıq əldə olunub.
"Reuters" və "Bloomberg" agentlikləri mənbələrə istinadən xəbər verir ki, avqust ayı üçün hasilatın sutkada 411 min barel artırılması müzakirə edilir. Bu qərar qəbul olunarsa, könüllü olaraq azaldılan 2,2 milyon bareldən sutkada 1,78 milyon barel bazara qayıda bilər.
Oxşar xəbərlər
KİV: Səudiyyə Ərəbistanı OPEC+ kvotalarının davamlı surətdə artırılmasını istəyir
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb
"OPEC+" ölkələri iyunda gündəlik neft hasilatını 411 min barel artırmaq barədə razılığa gəlib
OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar
“OPEC plus”un 8 ölkəsi neft hasilatı ilə bağlı siyasəti müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













