Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək


İyulun 22-də energetika naziri Pərviz Şahbazov İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, qəbul saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Kürdəmir" filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]), "Şəki" filialı (əlaqələndirici şəxs: Asim Məmmədov: əlaqə telefonu: (050) 378-28-46, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək
Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər