Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi layihəsi üzrə Birgə Müəssisə yaradılıb
Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib.
“Report” nazirliyə istinadən xəbər verir ki, energetika nazirinin müavini Elnur Soltanov COP29 tədbiri çərçivəsində dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının əhəmiyyətindən bəhs edib. “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC tərəfindən Bakıda fəaliyyət göstərəcək Birgə Müəssisə - “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradıldığı qeyd olunub. Bildirilib ki, layihənin icrası enerji təhlükəsizliyinin təmin edilməsində, ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” gündəliyinə nail olunmasında mühüm rol oynayacaq. İclas zamanı Birgə Müəssisənin fəaliyyətinə dair müzakirələr aparılıb.
Sonra “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənədin imzalanma mərasimi keçirilib. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.
Oxşar xəbərlər
Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” müəssisəsi yaradıb - YENİLƏNİB
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üzrə birgə müəssisə Bakıda yerləşəcək
Bakıda energetika sahəsində daha 4 sənəd imzalanacaq
Orxan Zeynalov: "Mərkəzi Asiya-Azərbaycan" enerji dəhlizi layihəsi üçün birgə müəssisəyə dair sənədlər iyulda imzalanacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













