"Fitch": Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq
sizinxeber.az xəbər saytı

"Fitch": Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq


Azərbaycanda neft hasilatı 2025-ci ildə gündəlik 576 min barel, 2026-cı ildə isə 571 min barel səviyyəsində proqnozlaşdırılır.

“Sizinxeber.az” bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan hökuməti əsas prioritetlərdən biri kimi Azəri–Çıraq–Günəşli (AÇG) yatağında hasilatın sabitləşdirilməsinə üstünlük verir. Yaxın perspektivdə bu yataqdan gündəlik təxminən 340 min barel neft hasil olunacağı gözlənilir.

Təbii qazla bağlı proqnozlara gəldikdə isə, "Fitch Ratings" hesab edir ki, 2025-ci ildə Azərbaycanda qaz hasilatı 50,3 milyard kubmetrə çatacaq. Bu artıma AÇG yatağında dərin qaz (deep gas) layihəsi çərçivəsində hasilatın başlanması təkan verəcək. 2026-cı ildə isə bu göstəricinin bir qədər azalaraq 49 milyard kubmetr olacağı gözlənilir.

Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar–may aylarında Azərbaycanda ümumilikdə 20 milyard 910,8 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 16 milyard 192,8 milyon kubmetri əmtəəlik qaz olub.

Eyni dövrdə qaz kondensatı da daxil olmaqla neft hasilatı 11 milyon 438,3 min ton təşkil edib ki, bunun da 11 milyon 411,4 min tonu əmtəəlik neftin payına düşür.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

Oxşar xəbərlər

“Fitch”: SOCAR 2023-2025-ci illərdə hasilatı artıracaq
EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb
“S&P”: 2027-ci ilə qədər Azərbaycanda neft hasilatı sutkada təxminən 0,6 milyon barel olacaq
“Fitch”: Bu ilin sonunda Azərbaycanın beynəlxalq ehtiyatları 13 milyard dolları ötəcək
EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər