
“Baku TV” “8 Noyabr” elektrik stansiyasından reportaj hazırlayıb

“Baku TV” “8 Noyabr” elektrik stansiyasından reportaj hazırlayıb
Mingəçevirdə inşa edilən “8 noyabr” Elektrik Stansiyası meqa layihəsinin tərkib hissələrinin hər biri minlərlə kilometr məsafə qət edib, bunun üçün aylarla vaxt sərf olunub.
“Report” xəbər ki, bu barədə “Baku TV”-də yayımlanan “COP Baku” layihəsinin növbəti buraxılışında deyilir.
Qeyd edilir ki, stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1 500-ə yaxın konteyner mal, material gətirilib. Çindən nəhəng util qazanları gətirən ilk gəmi Sakit okean, Qırmızı dəniz, Suveyş kanalı, Aralıq dənizi, Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə, oradan da Gürcüstana gəlib çıxıb. Yüklər oradan da Mingəçevirə quru yolla gətirilib.
Ümumilikdə 40 min kubmetr həcmində 20 min ton 4 ədəd util qazan Çindən gələrkən Yəməndə husilərin Qırmızı dənizdə gəmilərə hücum etmək təhlükəsinə görə marşrutunu tamamilə dəyişərək Ədən körfəzinə girmədən Afrika qitəsini dövr edərək bir ay ərzində Gürcüstanın Poti limanına gəlib. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yükərin qabariti böyük olduğunudan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb. Keçid təmin edilərək yollar bərpa edilib.
Stansiya ərazisində 15 min kubmetrdən çox həcmdə svaylar vurulub, 7200 ton metal konstruksiya işləri görülüb. Bu, tikinti işlərinin vaxtında və keyfiyyətli icrası üçün edilib. İtaliya Çin, İspaniya və Türkiyədən olan mütəxəssislərlə yanaşı, 2500 nəfər yerli mütəxəssis də çalışıb. Stansiyadan əldə ediləcək enerjinin həcmi 2 giqavata yaxın olacaq.
Daha ətraflı buradan izləyə bilərsiniz: