Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Çin şirkəti ilə anlaşma memorandumu imzalayıb


Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Çinin “China Datang Overseas Investment Co. Ltd” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, Memorandum Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına yaradılan elektrik enerjisi istehsalı güclərinin elektrik şəbəkəsinə təhlükəsiz qoşulmasını təmin etmək və bu enerjinin etibarlı və sabit şəkildə ötürülməsini həyata keçirmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.

Sənədə əsasən, “China Datang Overseas Investment Co. Ltd” ilə şirkətin texniki imkanlarının və elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının tətbiqi, eləcə də HVDC layihələrinin dizaynı, mühəndislik və tikinti idarəçiliyi sahəsində zəngin təcrübəyə malik Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi sahəsində əməkdaşlıq ediləcək.

Həmçinin, Çinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla “China Datang Korporasiyası”nın sədri Lyu Jun arasında görüş keçirilib. Görüşdə Çin şirkətlərinin Azərbaycanın “yaşıl enerji” kursunun əsas tərəfdaşlarından olduğu və bu əməkdaşlığın daha da genişləndirilməsinə maraq ifadə edilib.

Bu ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyanatın bərpa olunan enerji mənbələri sahəsində fəal əməkdaşlığı və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəli aparmağı təşviq etdiyi vurğulanıb. Bu xüsusda Çin şirkətləri, o cümlədən “China Datang Overseas Investment Co. Ltd” ilə bərpa olunan enerji sahəsində imzalanmış müqavilələrin əhəmiyyətindən bəhs edilib.

Görüş zamanı Azərbaycanın “yaşıl enerji” layihələri, şirkətlə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisinin inkişafı və günəş elektrik stansiyası layihələrinin icrası, həmçinin potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüş zamanı Azərbaycanın energetika sektoru üzrə mütəxəssisləri üçün təlim proqramına da start verilib. Proqramın məqsədi şəbəkə idarəçiliyi, sualtı kabel layihələri, üzən günəş texnologiyaları və batareya enerji sistemləri sahələrində qabaqcıl təcrübə ilə tanışlıqdır. Təlim çərçivəsində praktiki ekskursiyalar və müxtəlif enerji obyektlərinə səfərlərin təşkili də nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Çin şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb
Azərbaycan Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb
Azərbaycan və Moldova bərpa olunan enerji sahəsində əməkdaşlıq edəcək
Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər