SOMDA: Azərbaycanın ixrac neft-qaz kəmərlərinə hər hansı təxribat faktı qeydə alınmayıb
sizinxeber.az xəbər saytı

SOMDA: Azərbaycanın ixrac neft-qaz kəmərlərinə hər hansı təxribat faktı qeydə alınmayıb


Azərbaycanın ixrac neft və qaz boru kəmərlərinə hər hansı təxribat və ya kənar müdaxilə faktı qeydə alınmayıb.

“Sizinxeber.az” Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə (SOMDA) istinadən xəbər verir ki, bunu Agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi Nail Dadaşov bu ilin birinci yarım ilinə dair “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyəti ilə əlaqədar geniş tərkibdə keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, SOMDA tərəfindən mühafizəsi təmin edilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsiz fəaliyyəti ötən dövrdə tam təmin olunub. Tədbirlər Planının müddəalarının icrası davamlı şəkildə nəzarətdə saxlanılıb.

İclas zamanı bu ilin ilk altı ayı ərzində görülmüş işlər təhlil edilib, cari vəziyyət dəyərləndirilib, həmçinin yaxın perspektiv üçün prioritet istiqamətlər müəyyən olunub. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əməliyyat şəraitindəki dəyişikliklər, təhlükəsizlik riskləri və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İclasın sonunda Tədbirlər Planının icrası üzrə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Xatırladaq ki, iclasda Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və SOMDA-nın müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Oxşar xəbərlər

Bakı-Supsa ixrac neft boru kəmərinin mühafizəsi ilə bağlı təlim keçirilib
Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
CPC bu il 53 milyon ton neft ixrac edib
Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər