İtaliyalı nazir Azərbaycanda yeni elektrik stansiyasının açılışında iştirak edəcək
İtaliya Respublikasının müəssisələr və "Made in Italy" məhsulları üzrə naziri Adolfo Urso Azərbaycanda rəsmi səfərdədir.
Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.
"Nazirin səfərinin məqsəd Mingəçevirdəki "Azərbaycan" İES ərazisində 1 280 MVt gücündə yeni kombinə edilmiş elektrik stansiyasının açılış mərasimində iştirak etməkdir", - mənbə bildirib.
Xatırladaq ki, "AzərEnerji"nin mütəxəssisləri İtaliya və Çində təlim keçiblər, xarici şirkətlərin nümayəndələri isə dəfələrlə Mingəçevirdəki obyekti ziyarət ediblər. Hazırda turbinlər, generatorlar və avtomatlaşdırılmış sistemlərin istismarı üzrə kadr hazırlığı davam edir.
Qeyd edək ki, bu, "Azərbaycan" İES ölkədə müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. O, həmçinin ölkənin bütün istilik elektrik stansiyaları arasında 1 kVt/saat elektrik enerjisi istehsalına minimum miqdarda qaz sərf edən ən qənaətcil stansiya olacaq.
Oxşar xəbərlər
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Zəngilan rayonunda “Sarıqışlar” Su Elektrik Stansiyası istifadəyə verilib
Kubada İES-in fəaliyyətinin dayanması nəticəsində elektrik enerjisi kəsilib
Prezident İlham Əliyev “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib
Kubanın əsas istilik elektrik stansiyası nasazlıqdan sonra fəaliyyətini bərpa edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













