Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq
sizinxeber.az xəbər saytı

Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq


Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Oxşar xəbərlər

Sabah Sabirabadın 7 kəndində qaz olmayacaq
Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq
Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq
Sabah İmişlidə 9 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq
Masallıda 37 kəndin qaz təchizatı dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle