IMF rəhbəri: "ABŞ-nin İrana zərbələri enerji sektorundan kənara çıxan risklərə gətirib çıxara bilər"
ABŞ-nin İrana zərbələri potensial olaraq enerji sektorundan kənara çıxan daha ağır nəticələrə malik ola bilər, çünki qlobal qeyri-müəyyənlik artır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva “Bloomberg TV”yə müsahibəsində bildirib.
"Biz bunu son dərəcə qeyri-müəyyən şəraitdə daha bir qeyri-müəyyənlik mənbəyi kimi qiymətləndiririk", - o deyib.
İcraçı direktorun sözlərinə görə, bu, IMF-nin diqqətlə izlədiyi enerji qiymətlərində özünü daha çox büruzə verib, lakin "ikinci və üçüncü dərəcəli təsirlər də ola bilər".
K.Georgiyeva bildirib ki, IMF ilk növbədə davam edən münaqişənin neft və qaz sektorunda risk premiyasına necə təsir edəcəyini araşdırır.
O xəbərdarlıq edib ki, volatillik nə qədər yüksək olarsa, biznes üçün vəziyyət bir o qədər pisdir: "Qeyri-müəyyənlik olduqda nə baş verir? İnvestorlar investisiya qoymur, istehlakçılar istehlak etmir və bu, iqtisadi artım perspektivlərini məhdudlaşdırır".
Oxşar xəbərlər
Bloomberg: IMF Trampın gömrük rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirəcək
Georgiyeva yenidən IMF-in rəhbəri seçilib
Fon der Lyayen Aİ – ABŞ münasibətlərində “qeyri-müəyyənliyin artdığını” açıqlayıb
“Wood Mackenzie”: Bioyanacaq istehsalı üçün tələb olunan investisiya 1 milyard ABŞ dollarına çata bilər
BVF rəhbəri: Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













