“Kolin”: Zəngəzur dəhlizi regionun nəqliyyat və enerji təhlükəsizliyini gücləndirəcək
Türkiyənin “Kolin” şirkəti Zəngəzur dəhlizinin işə salınmasını böyük maraqla gözləyir, onu regionun nəqliyyat, logistika və enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirir.
“Report” xəbər verir ki, bunu “KOLIN Azerbaijan” şirkətinin baş meneceri Barış Altıparmak ADA Universitetində keçirilən 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School - BSES 2025) açılış mərasimində bildirib.
"Siz Azərbaycanı sadəcə təhlükəsiz hava məkanına malik bir ölkə hesab edirsiniz? Onun ərazisindən keçən enerji dəhlizlərinə baxın: Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsi və etibarlılığı məhz buradan təmin olunur. Bu isə Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir və biz bu tərəqqini şəxsən müşahidə edirik", - B.Altıparmak vurğulayıb.
O, həmçinin qeyd edib ki, xüsusilə Qarabağ regionunda həm infrastruktur, həm də enerji və qaz yataqlarının işlənilməsi sahələrində həyata keçiriləcək çox iş var.
Oxşar xəbərlər
Qəri Counz: “Azərbaycan bütün regionun və Avropanın enerji təhlükəsizliyini təmin edib”
Ziba Mustafayeva: “Azərbaycan təkcə enerji resurslarının deyil, həm də biliklərin ixracatçısına çevrilir”
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
Gil Mixaeli: "Azərbaycanın enerji resursları Aİ ölkələrinin enerji təhlükəsizliyini təmin edir"
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













