Ziba Mustafayeva: “Azərbaycan təkcə enerji resurslarının deyil, həm də biliklərin ixracatçısına çevrilir”
Azərbaycan təkcə neft, qaz və enerji resurslarının təchizatçısı deyil, həm də bilik və təcrübənin ixracatçısıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetində keçirilən 19-cu Bakı Yay Enerji Məktəbinin (“Baku Summer Energy School” - BSES 2025) açılış mərasimində bildirib.
Onun sözlərinə görə, yay enerji məktəbi SOCAR və ADA-nın əməkdaşlığı çərçivəsində ən uğurlu təşəbbüslərdən biridir.
Z.Mustafayeva vurğulayıb ki, təxminən iki onillik ərzində BSES akademik nəzəriyyəni sənaye təcrübəsi ilə birləşdirən, qabaqcıl ideyaların mübadiləsi üçün bir platformaya çevrilib: “Məktəb 19 il ərzində energetika sahəsində əsas məsələləri müzakirə etmək üçün dünyanın hər yerindən aparıcı alimləri, ekspertləri və siyasətçiləri bir araya gətirib. Proqram təkcə iştirakçıların peşəkar inkişafına deyil, həm də enerji siyasəti və aktual çağırışlar üzrə beynəlxalq dialoqun gücləndirilməsinə töhfə verir".
SOCAR-ın vitse-prezidenti, həmçinin qeyd edib ki, hər il məktəbdə Avropa, Asiya və Afrikadan nümayəndələr iştirak edirlər: "Müxtəlif regionlardan olan nümayəndələrin iştirakı Azərbaycanın enerji təhlükəsizliyi və resursların davamlı istifadəsi üzrə qlobal dialoqda mühüm mərkəz kimi artan rolunu vurğulayır".
Oxşar xəbərlər
Ziba Mustafayeva: “SOCAR qlobal miqyasda iqlim davamlılığına töhfə verən enerji şirkəti olmağı hədəfləyib”
Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”
SOCAR: Bakı Enerji Həftəsində vacib sənədlərin imzalanması gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













