"Bibiheybət" Gəmi Təmiri Zavodundakı günəş panellərlərindən hasil edilən enerjinin həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

"Bibiheybət" Gəmi Təmiri Zavodundakı günəş panellərlərindən hasil edilən enerjinin həcmi açıqlanıb


Ötən ilin oktyabrında “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda quraşdırılmış günəş panelləri vasitəsilə indiyədək 66 215,3 kVt/saat enerji hasil edilib.

“Report” ASCO-ya istinadən xəbər verir ki, təkcə 2025-ci ilin may ayı ərzində 18 454,3 kVt/saat enerji istehsal olunub. Ay ərzində bəzi günlərdə hasilat 800 kVt/saat həddinə yaxınlaşıb.

Statistikaya görə, indiyədək 65 946,1 kq karbon qazı emissiyasının qarşısı alınıb. Bu isə 3 638 ağacın qorunmasına bərabər ekoloji fayda deməkdir. Eyni zamanda, 26 457,8 kq daş kömürə qənaət olunub ki, bu da enerji istehsalında fosil yanacaqlardan istifadəni minimuma endirir.

Qeyd edək ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda ümumilikdə 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla, 162 ədəd günəş paneli quraşdırılıb.

Oxşar xəbərlər

ASCO emissiyanın rəqəmsal panelə çıxarılaraq izlənməsi sistemi yarada bilər
ASCO-nun “Sərsəng” yedək gəmisi istismara verilib
ASCO-da gəmilərin təmiri nəticəsində yanacağa 2-3 % qənaət edilir
ASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
ASCO-nun “Nəsimi” tankeri təmir edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle