Energetika naziri Qusarda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Energetika naziri Qusarda vətəndaşları qəbul edib


Energetika naziri Pərviz Şahbazov Qusarda vətəndaşları qəbul edib.

“Sizinxeber.az” nazirliyə istinadən xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda vətəndaşların elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatı, elektrik xətlərinin çəkilişi, qurğu və avadanlıqların istismar vəziyyəti, kabelləşdirmə, enerji təchizatında yaranan fasilələr, işlə təminat, kiçik su elektrik stansiyasının tikintisi ilə bağlı layihə təklifi və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Quba, Qusar və Xaçmazdan olan 37 vətəndaş iştirak edib.

Oxşar xəbərlər

Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib
Energetika naziri Saatlıda vətəndaşları qəbul edib
Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib
Pərviz Şahbazov Ağstafada vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle