Milli Məclis "Elektroenergetika haqqında” qanundakı dəyişikliyi I oxunuşda qəbul edib
sizinxeber.az xəbər saytı

Milli Məclis "Elektroenergetika haqqında” qanundakı dəyişikliyi I oxunuşda qəbul edib


Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Elektroenergetika haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

“Report” xəbər verir ki, sənəd elektroenergetika sektorunda sabit tarifin tətbiq olunmasınl nəzərdə tutur.

Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.

Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.

Oxşar xəbərlər

Azərbaycanda elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək
Elektrik və qazla əlaqədar sabit tarifin tətbiqinin məqsədi açıqlanıb
Rövşən İsmayılov: “Sabit tarifin tətbiqində məqsəd maliyyə yükünü artırmaq deyil”
Qazla əlaqədar yeni sabit aylıq tarif olacaq
Milli Məclis “Qaz təchizatı haqqında” qanun layihəsini I oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər