Dünya Bankı COP29-dan sonra inkişaf etməkdə olan ölkələr üçün investisiya perspektivlərini açıqlayıb
Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) beynəlxalq karbon bazarları üzrə əldə edilmiş razılaşma ölkələrin bu bazarlarda iştirakının genişlənməsinə kömək edə və aşağı gəlirli ölkələrə daha böyük investisiya axınlarını cəlb edə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Dünya Bankının "2025-ci ilin karbon qiymətqoyma vəziyyəti və tendensiyaları" adlı yeni hesabatında bildirilib.
Sənəddə vurğulanıb ki, COP29-da Paris Sazişinin istixana qazı emissiyalarının azaldılması sahəsində beynəlxalq əməkdaşlığı tənzimləyən 6-cı Maddəsi üzrə qaydalar razılaşdırılıb. Xüsusilə, 6.2 (kooperativ yanaşmaları) və 6.4 (beynəlxalq karbon kreditləşdirmə mexanizmi) Maddələri üzrə əsas müddəalar təsdiqlənib. Bu isə beynəlxalq karbon bazarlarının daha şəffaf və proqnozlaşdırıla bilən fəaliyyəti üçün əsas yaradıb.
Məlumat yenilənir
Oxşar xəbərlər
Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər
Saymon Stil: COP29-un birinci günündə vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəlinib
COP29-un tarixi uğuru: karbon bazarına “yaşıl işıq” - ŞƏRH
COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
Boris Titov: Azərbaycan COP29-da karbon bazarlarının inkişafına töhfə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













