Главная > Biznes > Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 11 % artıb18-04-2025, 15:00. Разместил: Rss Bot Report |
|
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. "Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. "Yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub. Вернуться назад |