DataLife Engine / Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 10 %-ə yaxın artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 10 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 3 milyard 908,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il martın 1-nə qədər ölkədə 104 995 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub. 

11-03-2025, 11:30
Вернуться назад