Главная > Biznes > Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 14 % artıb20-02-2025, 10:30. Разместил: Rss Bot Report |
|
Bu ilin yanvar ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 108,969 milyon ABŞ dolları təşkil edib. “Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur. Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,4 % təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 13 % artaraq 46,240 milyon ABŞ dolları (ümumi ixracın 11,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 14,9 % artaraq 62,729 milyon ABŞ dolları (ümumi idxalın 3,9 %-i) olub. İl ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri 39,3 % artaraq 2 milyard 008,08 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 19,3 % artaraq 403,853 milyon ABŞ dolları, idxalın dəyəri isə 45,5 % artaraq 1 milyard 604,226 milyon ABŞ dolları təşkil edib. Вернуться назад |