Главная > Biznes > Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb27-01-2025, 18:00. Разместил: Rss Bot Report |
|
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb. "Sizinxeber.az" xəbər verir ki, fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Fərman bu il yanvarın 1-dən tətbiq edilir. Вернуться назад |