Главная > Biznes > Bakının mənzil bazarında dekabrda ən yüksək qiymət artımı Nərimanovda olub
Bakının mənzil bazarında dekabrda ən yüksək qiymət artımı Nərimanovda olub22-01-2025, 11:30. Разместил: Rss Bot Report |
|
Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə tikililərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 %, yeni tikililərin qiyməti isə 12,3 % artıb. Bu barədə “Sizinxeber.az”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə tikililərdə qiymətlər 14 %, yeni tikililərdə isə 16 % artıb. Digər rayonlar üzrə də qiymət artımı olub. Səbail rayonunda köhnə tikililər üzrə qiymətlər 13 %, yeni tikililər üzrə isə 15,2 % artıb. Nəsimi rayonunda isə bu göstəricilər müvafiq olaraq 12,2 % və 15,2 % təşkil edib. Nizami rayonunda köhnə tikililər 11,7 %, yeni tikililər isə 12 % bahalaşıb. Yasamalda bu göstəricilər müvafiq olaraq 11,1 % və 12,8 %-dir. Qaradağ və Sabunçu rayonlarında qiymət artımı daha az səviyyədə olsa da, yenə də müəyyən dinamika müşahidə olunur. Qaradağda köhnə tikililər 7 %, yeni tikililər 8 % bahalaşıb. Sabunçu rayonunda isə köhnə tikililərin qiyməti 8 %, yeni tikililərin isə 10 % artıb. Suraxanı və Binəqədi rayonlarında köhnə tikililər üzrə qiymət artımı müvafiq olaraq 6,8 % və 8,3 %, yeni tikililər üzrə isə 9,5 % və 9,6 % təşkil edib. "Göründüyü kimi, paytaxtın mənzil bazarındakı qiymət artımı həm köhnə, həm də yeni tikililər üzrə müşahidə olunur. Bu artım əmlak bazarındakı aktivliyi və tələbin yüksək olduğunu göstərir", - V. Oruc vurğulayıb. Вернуться назад |