Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü baş tutub
sizinxeber.az xəbər saytı

Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü baş tutub


Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel Keniyanın paytaxtı Nayrobiyə səfər edib.

O, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Keniya Prezidenti Uilyam Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Vamkele Mene ilə görüşlərdə iştirak edib.

Səfərin əsas məqamı U.Ruto ilə keçirilən işgüzar görüş olub. Görüşdə tərəflər Azərbaycan və Keniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. T.Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Keniyaya verə biləcəyi töhfələr barədə danışıb.

Azərbaycanın “ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və T.Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Kenyaya təqdim etməyə, bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğu bildirilib. T.Gözel həmçinin Keniyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.

Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.

Oxşar xəbərlər

Tahir Gözelin Keniyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO
Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO
Tahir Gözel Afrika Kontinental Azad Ticarət Zonasının Baş katibi ilə görüşüb
Tahir Gözel Afrika Kontinental Azad Ticarət Zonasının Baş Katibi ilə Görüşüb - FOTO
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər