Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
17:00
0
0
2 008

Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır

07 in, 2025
17:00
2 008

Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır

Çinin vençur kapitalı şirkəti - “Infinite Capital Holding” Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır.

Bu barədə “Report”a şirkətin direktor müavini Alan Ma məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi kommersiya qurumu inkişaf etməkdə olan sahələrə sərmayə yatırır: “Layihələrimizin əksəriyyəti avtomobillər və onların ehtiyat hissələrinin, yeni enerji texnologiyalarının, çip və yarımkeçiricilərin istehsalını əhatə edir".

A.Ma əlavə edib ki, hazırda Azərbaycan bazarı ilə şirkət arasında heç bir əməkdaşlıq yoxdur: “Hələ ki, yeni imkanlar və perspektivlər axtarırıq. Ola bilsin ki, sərmayə qoymaq üçün uyğun bir fürsət tapaq. Hazırda buradakı bazarın atmosferini və ümumi mühiti öyrənirəm. İndiyə qədər əldə etdiyim təəssürata əsasən deyə bilərəm ki, bu, inkişaf edən bir bazardır. Əhalinin müəyyən hissəsi kifayət qədər varlıdır və onların tələbatı son illər nəzərəçarpacaq dərəcədə artıb. Məncə, Çin məhsulları, xüsusilə də "yaşıl enerji" ilə işləyən avtomobillər, elektrikli nəqliyyat və elektrik enerjisinin saxlanılması üçün sistemlər burada yaxın gələcəkdə böyük satış potensialına malik olacaq”

Bizimlə əlaqə saxlayın