Azərbaycan və Çin qeyri-neft sektoruna birbaşa investisiya cəlb edilməsi ilə bağlı danışıqlar aparır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
15:30

Azərbaycan və Çin qeyri-neft sektoruna birbaşa investisiya cəlb edilməsi ilə bağlı danışıqlar aparır

05 in, 2025
15:30
329

Azərbaycan və Çin qeyri-neft sektoruna birbaşa investisiya cəlb edilməsi ilə bağlı danışıqlar aparır

Azərbaycan və Çin arasında qeyri-neft sektoruna, xüsusilə yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan enerjiyə birbaşa investisiyaların cəlb olunması ilə bağlı danışıqlar aparılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.

Onun sözlərinə görə, investisiya tərəfdaşlığının dərinləşdirilməsi nəticəsində Çin şirkətləri ilə sənaye, “yaşıl enerji", nəqliyyat, kənd təsərrüfatı, İKT və ipəkçilik kimi sahələrdə birgə layihələr həyata keçirilir: "Bu il mayın 1-nə olan məlumata görə, Azərbaycanda 320-ə yaxın Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sektorlarında fəaliyyət göstərir".

E.Əliyev deyib ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir və bu sahədə layihələrə böyük önəm verir: "Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Son dövrlərdə bu sahə Çinlə investisiya tərəfdaşlığımızda mühüm yer tutub. Ölkəmizin günəş və külək enerjisi potensialı Çinin “yaşıl texnologiyalar" sahəsində təcrübəsi ilə sinerji yaradıb, birgə layihələr reallaşdırılması üçün əlverişli mühit formalaşdırıb. Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan aparıcı Çin şirkətləri ilə genişmiqyaslı günəş və külək enerjisi layihələri, enerji saxlama sistemləri və “ağıllı” şəbəkə infrastrukturunun inkişafını əhatə edən mühüm sazişlər imzalayıb. Bundan əlavə, Prezident İlham Əliyevin bu ilin aprelində Çinə dövlət səfəri çərçivəsində Azərbaycanla Çin şirkət və qurumları arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 6 sənəd imzalanıb".

E. Əliyev əlavə edib ki, qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib, möhkəm təməl üzərində qurulub: "Həmin dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması strateji münasibətlərimizi ən yüksək mərhələyə yüksəldib. Ümumilikdə, bu tarixi səfər, əməkdaşlığımızın hüquqi-institusional bazasının genişləndirilməsində mühüm rol oynayıb və enerji, sənaye, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat, ədliyyə, mədəniyyət, kosmik tədqiqatlar və viza rejiminin sadələşdirilməsi kimi geniş spektri əhatə edən 20-dən çox sənəd imzalanıb".

Bizimlə əlaqə saxlayın