“MOL Group” şirkətinin prezidenti ilə görüş keçirilib
sizinxeber.az xəbər saytı

“MOL Group” şirkətinin prezidenti ilə görüş keçirilib


İqtisadiyyat Nazirliyində Macarıstanın "MOL Group" şirkətinin prezidenti ilə görüşdə enerji sahəsində fəaliyyətin şaxələndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın "MOL Group" şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb.

Görüşdə “MOL Group” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib.

Tərəflər “Mol Group”un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər. “MOL Group” və SOCAR arasında tərəfdaşlığın inkişafı və enerji sahəsində fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan “MOL Group” Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.

Oxşar xəbərlər

SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb
Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb
Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər