Azərbaycan Macarıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Macarıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib


İqtisadiyyat Nazirliyində Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, “4iG Space and Defence Technologies Plc.” şirkətinin sədri Gellert Yasai ilə görüşüb.

Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. “4iG Space and Defence Technologies Plc.” şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.

Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb.

“4iG Group” Macarıstanın informasiya texnologiyaları (İT) və telekommunikasiya şirkətidir. Əsas fəaliyyət sahələrinə İT xidmətləri, telekommunikasiya, peyk texnologiyaları və kosmik sənaye daxildir.

Oxşar xəbərlər

Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər
Azərbaycan BƏƏ ilə iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər