Laçında fəaliyyətə başlayan “LATİFA” tikiş fabrikində işçilərin sayı artırılacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2025
12:00
0
0
1 002

Laçında fəaliyyətə başlayan “LATİFA” tikiş fabrikində işçilərin sayı artırılacaq

29 may, 2025
12:00
1 002

Laçında fəaliyyətə başlayan “LATİFA” tikiş fabrikində işçilərin sayı artırılacaq

Laçın rayonu Zerti kəndində yerləşən “LATİFA” tikiş fabrikində çalışan işçilərin sayı artırılacaq.

Bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində “Sizinxeber.az”un Laçına ezam edilmiş əməkdaşına açıqlamasında “LATİFA” tikiş fabrikinin direktoru Güloğlan Həsənov deyib.

Onun sözlərinə görə, Laçın Aqro-Sənaye Parkında fəaliyyət göstərən “LATIFA” tikiş fabrikində gələcəkdə işçilərin sayının 120-yə çatdırılması planlaşdırılır. Bu da Laçın şəhəri və ətraf kəndlərə daimi köçən sakinlərin dayanıqlı işlə təmin olunması üçün nəzərdə tutulub.

Güloğlan Həsənov
Güloğlan Həsənov

G. Həsənov qeyd edib ki, fabrikdə gün ərzində 2 min ədəd tekstil məhsulu istehsal olunacaq:

“Buraya ev tekstili, xüsusi geyimlər, idman dəstləri və digər məhsulların istehsalı daxildir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək dövlətin əsas hədəfindədir.

Laçında qurulan yeni istehsal müəssisələri innovativ texnologiyalarla təhciz olunub və bu da istehsal olunan məhsulların ixracyönümlülüyü baxımlndan böyük əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib.

Bizimlə əlaqə saxlayın