Naxçıvanda təbii sərvətlər və investisiya üzrə arbitraj simulyasiyası keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
18:00

Naxçıvanda təbii sərvətlər və investisiya üzrə arbitraj simulyasiyası keçiriləcək

27 may, 2025
18:00
598

Naxçıvanda təbii sərvətlər və investisiya üzrə arbitraj simulyasiyası keçiriləcək

İyunun 26-29-da Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.

“Report” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaqdır.

Simulyasiya formatında keçiriləcək tədbir zamanı iştirakçılar beynəlxalq hüquqa dair real münaqişəni təhlil edəcək, dövlət, investor və ictimaiyyət maraqları üzrə mübahisəli situasiyaları analiz etmək imkanı qazanacaqlar.

Layihədə hüquq, texniki ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat sahələri üzrə təhsil alan və ya yeni məzun olmuş, yaşı 25-dək olan gənclərin iştirakı nəzərdə tutulur. Ümumilikdə 40 nəfər iştirakçı layihəyə cəlb olunacaq.

Layihə iştirakçılara yalnız nəzəri biliklər qazandırmayacaq, həm də onların arbitraj hüququ sahəsində peşəkar yanaşma bacarıqlarını formalaşdırmağa imkan verəcək.

Bizimlə əlaqə saxlayın