Nazir müavini: "Azərbaycan və Aİİ ölkələri arasında ticarət dövriyyəsi üç ildə 60 % artıb"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Azərbaycan və Aİİ ölkələri arasında ticarət dövriyyəsi üç ildə 60 % artıb"


Son üç il ərzində Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 60 % artaraq 6 milyard ABŞ dollarına yaxınlaşıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

"Ticari-iqtisadi münasibətlərdə davamlı artımın təminatı nəqliyyat-logistika əlaqələrinin kompleks inkişafından keçir", - o vurğulayıb.

Öz növbəsində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət İdarəçiliyi fakültəsinin baş müəllimi Nadejda Bıçkova qeyd edib ki, Azərbaycan strateji nəqliyyat qovşağı kimi rolunu gücləndirir: “Bu gün Azərbaycan inkişaf etmiş infrastruktura malik olmaqla və nəqliyyat şəbəkəsinin genişləndirilməsinə fəal şəkildə investisiya yatırmaqla mühüm tranzit qovşağı kimi strateji üstünlüyünü möhkəmləndirir”.

Oxşar xəbərlər

Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir"
Əli Əsədov: "Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biridir"
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Nazir müavini: "Zəngəzur dəhlizi təhlükəsiz tranzit marşrut rolu oynayacaq"
Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər