Azərbaycanda “Marketinq Zirvəsi 2025” keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
14:30

Azərbaycanda “Marketinq Zirvəsi 2025” keçirilib

27 may, 2025
14:30
524

Azərbaycanda “Marketinq Zirvəsi 2025” keçirilib

Marketinq peşəkarları və sahibkarları mayın 25-də “Azərbaycan Marketinq Zirvəsi 2025” çərçivəsində “JW Marriott Absheron Baku”da bir araya gəldi. Baku Growth Academy-nin təşkilatçılığı ilə artıq ikinci dəfə baş tutan tədbir bu il “Marketinqdə Transformasiya: Əvvəl, İndi və Sonra” devizi ilə keçirildi. 

“Sizinxeber.az”un məlumatına görə, gün ərzində 16 nüfuzlu spiker marketinqin müxtəlif sahələri, o cümlədən rəqəmsal kommunikasiyalar, istehlakçı psixologiyası, brend strategiyaları və biznes inkişafı üzrə dəyərli fikirlərini paylaşdı. 

“Satış vs marketinq” debatı, “Rəqəmsal Marketinq” və “Liderlik bacarıqları” ilə bağlı “Workshop”lar da auditoriya tərəfindən olduqca maraqla qarşılanıb. 

Zirvənin əsas fərqləndirici cəhətlərindən biri isə interaktiv oyunlar və yaradıcı sessiyalar oldu. Günün sonunda keçirilən oyunların qalibləri xüsusi mükafatlarla təltif edilərək tədbirin motivasiyaedici ruhunu daha da artırdı. 

Əldə olunan uğur bir daha göstərdi ki, marketinq sahəsi ölkəmizdə davamlı inkişaf və yenilənmə mərhələsindədir. Növbəti il daha böyük ideyalar və daha güclü ilhamla yenidən görüşmək ümidilə!

Bizimlə əlaqə saxlayın