Sahib Ələkbərov: "Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib"
sizinxeber.az xəbər saytı

Sahib Ələkbərov: "Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib"


Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

İqtisadiyyat Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, bunu nazir müavini Sahib Ələkbərov “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Bakıda keçirilmiş konfransda bildirib.

O, dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb, qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkədə sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkədə qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, xarici iqtisadi əlaqələr inkişaf etdirilib, ölkəyə sərmayələr cəlb olunub və yeni dövr sahibkarlığının əsası qoyulub.

Nazir müavini vurğulayıb ki, Ulu Öndərin inkişaf strategiyasını Prezident İlham Əliyev yeni nailiyyətlərlə davam etdirir: "Çevik iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, sərmayələrin cəlb edilməsi istiqamətində tədbirlər ölkəmizin iqtisadi uğurlarını artırır".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli isə bildirib ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik dəyərlərinə, ölkənin siyasi tarixinə ali ehtiramın təcəssümüdür. O, Heydər Əliyevin güclü milli dövlətçilik strategiyasının, suverenlik salnaməmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən tədqiqinin və təbliğinin önəmini qeyd edib.

Oxşar xəbərlər

Milli Məclis "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş bəyanatı qəbul edib - YENİLƏNİB
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib - SƏRƏNCAM
Milli Məclis "Konstitusiya və Suverenlik İli" ilə bağlı bəyanat qəbul edib - YENİLƏNİB-2
Kamran Əliyev: Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir
Baş prokuror: 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər