Moskvada “Turan Dövlətləri Rusiya Zirvəsi” keçirilir
sizinxeber.az xəbər saytı

Moskvada “Turan Dövlətləri Rusiya Zirvəsi” keçirilir


Mayın 20-dən Rusiyanın paytaxtı Moskva şəhərində “Turan Dövlətləri Rusiya Zirvəsi” adlı mötəbər tədbir keçirilir.

"Report" "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir ki, mayın 24-ə kimi davam edəcək tədbir qurumun və Türkiyənin Françayzinq Market təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub.

Zirvə görüşü Turan coğrafiyasını təmsil edən iş adamlarını, investorları və françayzinq sektorunun aparıcı nümayəndələrini bir araya gətirərək, regional iqtisadi əməkdaşlığın və françayzinq bazarının inkişafına töhfə verməyi hədəfləyir.

Tədbirdə Türkiyənin tanınmış markaları, eləcə də Tokat İş Adamları Birliyinin nümayəndələri ilə yanaşı, Rusiyanın müxtəlif vilayətlərindən olan 60-dan çox beynəlxalq brend iştirak edir. Bu mötəbər tədbir, iştirakçılara yeni bazarlara çıxış imkanı yaratmaqla yanaşı, qarşılıqlı tərəfdaşlıqlar üçün məhsuldar zəmin formalaşdırmağı qarşıya məqsəd kimi qoyub.

Tədbirin əsas tərəfdaşı Rusiyanın aparıcı maliyyə qurumlarından biri olan "Alfa Bank"dır. Bank əməkdaşları, tədbir boyu sahibkarlıq və françayzinq sahəsində maliyyə dəstəyi imkanları barədə geniş təqdimatlarla çıxış edib.

Zirvə çərçivəsində həmçinin, Azərbaycan və Rusiyanın françayzinq assosiasiyaları arasında strateji əməkdaşlığa dair Memorandum imzalanması razılaşdırılmışdır. Bu sənəd, iki ölkə arasında françayzinq bazarının genişlənməsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu tədbir Turan Dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, yeni işgüzar əlaqələrin qurulmasına və regional françayzinq sektorunun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

Oxşar xəbərlər

Bakıda Turan Tekstil Sərgisi açılıb
Marketoloqlar “Azərbaycan Marketinq Zirvəsi 2025”də bir araya gələcək
Bakıda Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilir
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Türk dövlətləri arasında pul transferini həyata keçirilən “Turan”a yeni ölkələr qoşulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər